BƏƏ Türkiyə və Suriyaya yardım dolu 91 təyyarə göndərib



 14:22 17.02.2023     860

Birləşmiş Ərəb Əmirlikləri Kahramanmaraşdakı zəlzələlərdən zərər çəkənlərə dəstək vermək üçün Türkiyə və Suriyaya yardım dolu 91 təyyarə göndərib.

Demedia.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinin rəsmi sosial media hesabında məlumat verilib. Bildirilib ki, Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə kömək məqsədilə başladılan “Yiğit Süvari 2” əməliyyatı davam edir. İndiyə qədər Türkiyə və Suriyaya ümumilikdə 2549 ton humanitar yardım göndərildiyi bildirilib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri prezidenti Əl Nahyan zəlzələ ilə əlaqədar Türkiyəyə 50 milyon dollar nəğd yardım ediləcəyini açıqlamışdı. Ərəb dövləti Qaziantepdə 54 çarpayılıq səhra xəstəxanası qurub.

Bahadur Seyidov