İran Türkiyəyə 6 ton tibbi yardım ləvazimatı göndərdi



 14:43 17.02.2023     327

İran Kahramanmaraşdakı zəlzələlərdən zərər çəkənlər üçün dərman, sağlamlıq avadanlığı və tibbi avadanlıq da daxil olmaqla Türkiyəyə 6 ton tibbi yardım ləvazimatı göndərib.

Demedia.az xəbər verir ki, bu barədə Təbriz Tibb Elmləri Universitetinin hazırladığı tibbi yardımların göndərilməsi üçün keçirilən mərasimdə bildirilib. Mərasimdə Türkiyənin Təbrizdəki baş konsulu Çətin Taner, rektor Behmen Nekipur, fakültənin professor-müəllim heyəti və bəzi tələbələr iştirak ediblər.Universitet şəhərciyində toplanan yardım materialları Təbrizdən Tehrana oradan isə təyyarə ilə Türkiyəyə göndəriləcək.Türkiyənin Təbrizdəki baş konsulu Çətin Taner bildirib ki, zəlzələnin ilk anlarından dost və qardaş İran dövləti və xalqı Türkiyəyə öz köməyini əsirgəmir.

Tanerin sözlərinə görə, Baş Konsulluqda toplanan yardımlar AFAD-a göndərilib. Təbriz Tibb Elmləri Universitetinin bağışladığı tibbi yardım ləvazimatları Türkiyəyə göndərilmək üçün hazırdır.

Bahadur Seyidov