Qazaxıstan hökuməti Türkiyəyə əlavə 55 ton humanitar yardım göndərdi



 15:24 17.02.2023     312

Qazaxıstan hökuməti təbii fəlakətdən zərər çəkənlər üçün Türkiyəyə əlavə 55 ton humanitar yardım göndərib.

Demedia.az xəbər verir ki, bu barədə “Kazinform” agentliyi məlumat yayıb. Bildirilib ki, çadır, qızdırıcı, isti paltar və digər ehtiyacları daşıyan təyyarə Qaziantep hava limanına enib. Xarici işlər naziri Mövlud Çavuşoğlu və Qazaxıstanın Ankaradakı səfiri Yerkebulan Sapiyev təyyarəni qarşılayıblar. Çavuşoğlu yardıma görə Qazaxıstan hökumətinə təşəkkür edib.

Qeyd edək ki, Qazaxıstan bundan əvvəl də Türkiyəyə humanitar yardım göndərib. Həmçinin Qazaxıstan Türkiyəyə axtarış-xilasetmə qrupları da göndərmişdi.

Bahadur Seyidov