Kəndlər boşalır... - Türkiyədə son durum



 18:00 17.02.2023     572

Kahramanmaraş-Adıyaman yolu üzərində yerləşən Yukarı Nəsırlı kəndi zəlzələdən sonra tamamilə yaşayış üçün yararsız hala düşüb.

Demedia.az xəbər verir ki, doğulub boya-başa çatdıqları evlərini tərk etmək məcburiyyətində qalan kənd camaatı AFAD-ın tarlada qurduğu çadırlarda yaşamağa başlayıb.

Dağılmış və qəzalı vəziyyətdə olan evlərindən əşyalarını çıxarıb kəndi tərk etmək məcburiyyətində qalan vətəndaşlardan Cuma Çok Küçük göz yaşlarına hakim ola bilməyib:

"Həyatımda belə bir fəlakət yaşamadım. Demək olar ki, bütün kənd dağıdılıb. Qardaşımı, qohumlarımı itirdim. İndi mən bu kənddə necə qalacam?”.

Möcüzə ilə qarşılaşdıqlarını qeyd edən kənd sakinləri “Zəlzələdən iki gün sonra uçan çiy evin dağıntıları altından iki yaşlı uşaq xilas edilib” deyib. Atasının xilas edilən kiçik qızını qucaqladığı anların görüntüsü emosional olub.

Aysun / Demedia.az