Son 100 ilin ən böyük 9 zəlzələsi! - Siyahının başında 700 000 ölüm gəlir



 18:31 17.02.2023     677

Fevralın 6-da Türkiyə fəlakət yaşadı. Qısa müddət ərzində baş verən iki zəlzələdə 35 mindən çox insan həlak olub. Zəlzələnin 10 əyalətdə güclü hiss olunduğu açıqlanıb.

Demedia.az xəbər verir ki, Kahramanmaraş və Hatay, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman və Malatyada qrupların xilasetmə işləri hələ də davam edir.

Türkiyə zəlzələnin yaralarını sarmağa çalışarkən, dünyada son 100 ildə yaşanan ən ölümcül zəlzələlərin siyahısı gündəmdə olub. Sözügedən siyahı aşağıdakı kimidir:

PERU

Bölgə 31 may 1970-ci ildə baş verən 7,9 bal gücündə zəlzələdə apokalipsisi yaşadı. Ölkədə 67 mindən çox insan həyatını itirib, milyardlarla dollar zərər dəyib.

ÇİN
1932-ci il dekabrın 25-də baş verən zəlzələ ölkənin şimalında baş verib. 7,9 bal gücündə zəlzələdə 70 min insan həyatını itirib.

PAKİSTAN
2005-ci ildə Pakistanın Kəşmir bölgəsində baş verən zəlzələdə 73 min insan həyatını itirmişdi. Zəlzələnin gücü 8,0 bal gücündə olub. Bölgədə 3,5 milyon insan evsiz qalıb.

ÇİN
2008-ci ildə Çinin Sıçuan bölgəsində baş verən zəlzələdə 87 min insan həyatını itirmişdi. 7,9 bal gücündə zəlzələ nəticəsində bir çox bina dağılıb.

TÜRKMƏNİSTAN
1948-ci il oktyabrın 5-də baş verən zəlzələnin gücü 7,3 bal gücündə qeydə alınıb. Sözügedən fəlakət ölkənin paytaxtı Aşqabadda baş verib. 110 min insan həyatını itirdi.

YAPONİYA
2011-ci ilin martında baş vermiş zəlzələ 9,0 bal gücündə olub. Ölkə zəlzələyə hazır olduğundan zəlzələ zamanı tələfat az olub. Zəlzələdən qısa müddət sonra baş verən sunami Yaponiyaya fəlakət gətirdi. 18 min 500 insanın həyatını itirdiyi zəlzələdə Fukuşima Atom Elektrik Stansiyası partlama həddinə çatsa da, qorxu yox idi.

HAITI
2010-cu ildə baş verən fəlakətdə 200 min insan həlak olub. 7.0 bal gücündə zəlzələdən sonra ölkə ilə əlaqə 24 saat kəsilib. Elə həmin il Haitidə epidemiya baş verdi. Bu hadisədə 10 min insan həyatını itirdi.

CƏNİ ASİYA ZƏLZƏLƏSİ
2004-cü ildə Cənubi Asiyada baş verən və bölgənin bir çox ölkəsini təsir edən zəlzələdə 230 min insan həyatını itirdi. Ən böyük itki isə 170 min nəfərlə İndoneziya olub. Zəlzələdən sonra yaranan sunami dalğaları 30 metrə çatıb.

ÇİN
Çin hökumətinin 7,8, qərb ölkələrinin isə 7,5 olaraq elan etdiyi zəlzələ, keçən əsrin ən güclü zəlzələsi olaraq tarixə düşdü. Zəlzələdə 242 mindən çox insan həlak olub, qərbli ekspertlər bu rəqəmin 700 mindən çox olduğunu bəyan ediblər.

Aysun / Demedia.az