"Vaqner"dən Müdafiə Nazirliyinə etiraz



 16:11 17.02.2023     300

Rusiyanın “Vaqner” qrupaşmasının muzdluları döyüş sursatı ilə təmin olunmadıqlarını deyərək, Rusiya Müdafiə Nazirliyindən dəstək istəyiblər.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya mediasında “Vaqner” üzvü olduğu bildirilən muzdluların hazırladıqları video yayımlanıb. Kamuflyaj geyinmiş muzdlu videodakı çıxışında “Vaqner”ə artıq silah verilmədiyini iddia edib:

“Rusiya Müdafiə Nazirliyindəki həmkarlarımıza və dostlarımıza səslənirik. Bizə ciddi sursatlar lazımdır. Bizi bu sursatla təmin etsəniz, çox minnətdar olardıq”.

Muzdlu iddia edib ki, onlara verilməli olan silahlar Rusiya ordusunun anbarlarında saxlanılır. Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi ilə “Vaqner” qruplaşması arasında münasibətlərin yaxşı olmadığı irəli sürülür.

Bahadur Seyidov