Türkiyəyə 1 milyard dəstək olun - BMT



 17:13 17.02.2023     310

Birləşmiş Millətlər Təşkilatı Türkiyədəki zəlzələlərlə bağlı dünyaya çağırış edib.

Demedia.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı zəlzələlərdə zərər çəkənlərə 1 milyard dollar dəyərində humanitar yardım göstərməyə çağırıb. BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, dünyada ehtiyac sahiblərinə böyük dəstək olan türk xalqını dəstəkləməyin vaxtı çatıb. Quterreş bildirib ki, Türkiyə dünyadakı ehtiyac sahiblərinə həmişə dəstək olub. Ona görə indi dünya da  Türkiyəyə kömək olmalıdır.

 “Beynəlxalq ictimaiyyət zəmanəmizin ən böyük təbii fəlakətinə qarşı yardım təşəbbüsünü dəstəkləməlidir” - Quterreş deyib.

Bahadur Seyidov