Ukrayna və Rusiya arasında əsir mübadiləsi olub



 17:42 17.02.2023     314

Ukrayna və Rusiya arasında əsir mübadiləsi olub.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, Ukraynada girovluqda saxlanılan 101 rus əsgəri azad edilib. Açıqlamada qeyd edilib ki, azad edilən əsgərlər müalicə və reabilitasiya üçün Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Moskvaya aparılıb. Ukrayna tərəfi də əsir mübadiləsi barədə açıqlama yayıb.

Ukrayna Prezident aparatının rəhbəri Andriy Yermak bildirib ki, əsir mübadiləsi nəticəsində 100 Ukrayna əsgəri və 1 mülki vətəndaşın azad edilib. Yermak, əsirlikdən azad edilən əsgərlər arasında yaralıların olduğunu bildirib.

Bahadur Seyidov