Tavada kömür qızdırdılar, başlarına görün nə gəldi - VİDEO



 23:46 17.02.2023     5104

İzmirin Konak rayonunda yaşadıqları evi qızdırmaq üçün qazanda yandırdıqları kömürdən çıxan dəm qazından zəhərlənənlər müalicə olunduqdan sonra evə buraxılıb. 

Demedia.az xəbər verir ki, hadisə ötən gün saat 22.30 radələrində rayonun Kadifekale rayonunda, 1012 Sokak ünvanında 2 mərtəbəli evin birinci mərtəbəsində baş verib.

Liberiya vətəndaşları Felyansa Consi (30), Sofid Conson (23), İmas Tami (30), Volo Sivit (25), Edmard Kupa (25) və şəxsiyyəti hələlik məlum olmayan 5 nəfər isinmək üçün qazanda kömür yandırıblar. 

Bir müddət sonra evdə olan 10 nəfər qazandakı kömürdən atılan dəm qazından zəhərlənib. Evdəkilərdən biri çölə çıxıb kömək istəyib. Köməyə gələn məhəllə camaatı 9 nəfəri evdən çıxarıb. Hadisə yerinə yanğınsöndürənlər, polis və tibb işçiləri göndərilib. Hadisə yerinə gələn yanğınsöndürənlər qazanda yanan kömürləri söndürərkən, sağlamlıq qrupları zəhərlənən 10 nəfərə müdaxilə edib.

Sağlamlıq qrupları zəhərlənən 3 nəfəri Tepecik Təhsil və Araşdırma Xəstəxanasına, 4 nəfəri Bozyaka Təhsil və Araşdırma Xəstəxanasına, 3 nəfəri isə Atatürk Təhsil və Araşdırma Xəstəxanasına aparıb. Zəhərlənən 10 nəfər müalicə olunduqdan sonra bu gün evə buraxılıb.

Aysun / Demedia.az