258 saat sonra yeni möcüzə: Dağıntılar altından sağ-salamat xilas edildi



 23:10 17.02.2023     562

Kahramanmaraş zəlzələsindən 258 saat keçsə də, daha bir möcüzə baş verib.

Demedia.az xəbər verir ki, zəlzələdə dağılan Ebrar Saytının dağıntıları altında qalan 42 yaşlı Neslihan Kılıç adlı qadın xilas edilib. Komandalar böyük sevinc yaşayarkən, alqış sədaları ilə dağıntılar altından çıxarılan Kılıç ilk reaksiyasından sonra təcili yardımla xəstəxanaya aparılıb. 

Kahramanmaraşda "əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlər zamanı binanın dağıntıları altında qalan qadın zəlzələnin 258-ci saatında səsini eşitdirə bilib.

Ebrar Saytının dağıntıları üzərində işləyən qruplar bir nəfərin sağ olduğunu müəyyən edib. Gərgin işdən sonra 42 yaşlı Neslihan Kılıçı xilas edilib. O təcili yardımla xəstəxanaya aparılıb.

Neslihan Kılıçın səhhətinin yaxşı olduğunu açıqlayan Milli Tibbi Xilasetmə Qrupu (UMKE) deyib: "Onun sınıqları var. Danışa bilir".

Komandalar isə bu sözləri söyləyib: "Yaşadığımız bu hissin təsviri yoxdur. Çox gözəl hissdir. Bu yerə ümidimiz az idi. Canlı var deyiləndə qaçıb lazımi müdaxiləni etdik. damarı açdı".

Aysun / Demedia.az