Soda faydalıdırmı?



 12:01 20.02.2023     899

Keyfiyyətli bir ağardıcı maddə markasının apardığı araşdırmada ortodontik müalicə məqsədilə çəkiləcək sağlam bir dişə 6 ay boyunca  hər gün dişağardıcı maddə tətbiq edilmiş, 6 ay sonunda diş çəkildikdən sonra mikroskop altında incələnmişdir.  

Müşahidə zamanı məlum olub ki, ağartma maddəsi dişə heç bir ziyan vurmayıb.   

Mütəxəssislər bildirir ki, diş həkimlərinin ayda 1 və ya 2 dəfə ağartma seansı keçirməsi dişlərin gözəl görünüşü üçün yetərlidir. İnsanların diş həkimlərindən soruşduğu ikinci ən məşhur sual budur: “Ağartma prosesindən sonra dişlərin rəngi  ağ olacaq, yoxsa abı rəngi?”  

Mütəxəssislər bu sualı belə cavablayır: “Ağartma prosesi ilə süni bəyazlıq əldə etmək mümkün deyil. Seanslar vasitəsilə dişlər öz təbii rənglərinə qovuşur. Sadəcə, bilinməlidir ki, diş rəngi insana xasdır, yəni, individualdır.” Həmçinin, mütəxəssislər əlavə edib ki, ağartma seansından keçən dişlərin evdə tez-tez sodalı su ilə yaxalanması da onların öz rənglərini uzun müddət qorumaları üçün faydalıdır. 

Bahadur Seyidov