Sudan Türkiyəyə 2 min çadır və 20 min ədyal göndərdi



 14:26 20.02.2023     297

Sudan Kahramanmaraşda baş verən zəlzələlərdə bağlı Türkiyəyə 2 min çadır və 20 min ədyal göndərib.

Demedia.az xəbər verir ki, Sudan Suverenlik Şurasının sədr müavini və Çevik Dəstək Qüvvələri Komandanı general Muhammed Hamdan Dagalu, Türkiyənin Xartumdakı səfiri İsmayıl Çobanoğlu və digər rəsmilərin iştirakı ilə yardımın göndərilməsi ilə bağlı tədbir təşkil edilib. Dağalu deyib.

 “Sudan xalqı türk xalqının yanındadır. Türkiyə Sudana yardım göstərmək üçün humanitar yardım təşkilatlarından geri qalmır. Bizi bu günə qədər tək qoymadıqları üçün onlara təşəkkür edirik: Ən çox ehtiyac duyulan şeyin sığınacaq olduğunu gördüyümüz üçün ilk növbədə 2 min çadır və 20 min ədyal göndəririk. Bu, Sudan xalqının kiçik dəstəyidir. Türk qardaşlarımıza dəstəyimiz davam edəcək”.

Bahadur Seyidov