ÜST zəlzələ bölgəsinə 22 ölkədən 29 beynəlxalq dəstək qrupu cəlb etdi



 14:58 20.02.2023     286

Ümumdünya Səhiyyə Təşkilatı Kahramanmaraşdakı zəlzələlərlə bağlı bölgəyə 22 ölkədən 29 beynəlxalq dəstək qrupu cəlb edib.

Demedia.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun fövqəladə hallar üzrə direktoru Cerald Rokenşaub açıqlama verib. O bildirib ki, zəlzələ baş verəndən etibarən Türkiyənin Səhiyyə Nazirliyi ilə koordinasiyalı şəkildə çalışırlar. "Ümumdünya Səhiyyə Təşkilatı olaraq Yaponiyanın təcili tibbi yardım qrupu ilə birlikdəyik.

Yapon tibb qrupu da zəlzələdə zərər çəkənlərə kömək edən həkimlər, tibb bacıları və türk rəsmiləri ilə birlikdə çalışır. Burada təcili tibbi yardım qruplarımız var. İndiyədək 22 ölkədən 29 beynəlxalq qrup səfərbər olunub”.

Bahadur Seyidov