Çin Avropa İttifaqını sıx əməkdaşlığa çağırdı



 15:02 20.02.2023     304

Çinin ən yüksək səviyyəli diplomatı, Çin Kommunist Partiyasının Mərkəzi Xarici Əlaqələr Komissiyasının direktoru Vanq Yi Avropa İttifaqını qlobal sabitlik üçün Pekinlə əməkdaşlığı gücləndirməyə çağırıb.

Demedia.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Vanq Yi Almaniyada keçirilən 59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ilə görüşüb. Görüş zamanı Çin və Avropanın rəqib olmadığını ifadə edən Vanq, qlobal istehsal və təchizat zəncirlərinin sabitliyinin qorunması Pekin və Avropa İttifaqı arasında əməkdaşlığın gücləndirilməsinin önəmini qeyd edib.

Görüş barədə açıqlama verən Borrell Vang ilə fikir ayrılıqları da daxil olmaqla, ümumi maraq doğuran məsələlər ətrafında müzakirə apardıqlarını və müzakirələri artırmaq barədə razılaşdıqlarını qeyd edib.

Bahadur Seyidov