Şimali Koreya Yapon dənizi istiqamətində iki ballistik raket atdı



 16:14 20.02.2023     324

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın ballistik raketlərin testini təşkil etdiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Şimali Koreya Yapon dənizi istiqamətində iki ballistik raket atıb. Raketlər Yaponiyanın nəzarətində olan ərazilərdən kənara düşüb. Baş nazir Kişida Fumio, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını Şimali Koreyanın raket sınaqları ilə bağlı iclasa çağırıb.

Cənubi Koreya Baş Qərargahı raketlərin Sukçon bölgəsindən buraxıldığını, birinci raketin 390 kilometr, ikincisinin isə 340 kilometr məsafə qət etdiyi açıqlayıb.