Çin Rusiyaya silah verə bilər - Blinken



 16:54 20.02.2023     349

ABŞ dövlət katibi Antoni Blinken Çinin Rusiyanı Ukrayna müharibəsi üçün silahla təmin edə biləcəyini deyib.

Demedia.az xəbər verir ki, o bildirib ki, Çin şirkətləri artıq Rusiyaya bəzi dəstəklər verir. Blinkenin sözlərinə görə, Çinin hazırki dəstəyi Rusiyaya silah da verə biləcəyini göstərir. Blinken xəbərdarlıq edib ki, Çin Ukrayna müharibəsi üçün Rusiyaya silah verərsə, bunun Pekin üçün ciddi nəticələri olacaq. Blinkenin sözlərinə görə, Çinin Rusiyaya silah tədarükü Vaşinqton Pekin münasibətləri üçün ciddi problemlər yaradacaq.

O həmçinin qeyd edib ki, ABŞ Çinin Rusiyaya Qərbin sanksiyalarından yayınmasına kömək etməsindən narahatdır.

Bahadur Seyidov