Silahların Ukraynaya tədarükünü tez həyata keçirməliyik - Borrell



 17:12 20.02.2023     385

“Avropa Birliyi ölkələri ağır silahların, o cümlədən tankların Ukraynaya tədarükünü tez həyata keçirməlidir”.

Demedia.az xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell belə açıqlama verib. O Almaniyada keçirilən 59-cu Münhen Təhlükəsizlik Konfransındakı çıxışında bildirib ki, Ukraynaya hərbi dəstək mümkün qədər tez artırmalı və sürətləndirməlidir. Avropalı liderlərə müraciət edən Borrellin sözlərinə görə, onların etməli olduqları ilk və təcili iş Ukraynanı silahlandırmaqdır.

"Burada olan bütün Avropa liderləri dedilər ki, Rusiya bu müharibədə qalib gələ bilməz, Ukrayna qalib gəlməlidir. Ona görə də gəlin sözlərdən faktlara keçək və Ukraynaya hərbi dəstəyimizi sürətləndirək. Çünki Ukrayna mövcud sursat baxımından kritik vəziyyətdədir” - Borell deyib.

Bahadur Seyidov