BƏƏ Türkiyə və Suriyaya 3014 ton yardım göndərib



 17:45 20.02.2023     499

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Kahramanmaraşda baş verən zəlzələlərdə zərər çəkənlərə yardım üçün indiyə qədər Türkiyə və Suriyaya 106 təyyarə ilə yardım göndərib.

Demedia.az xəbər verir ki, bu barədə BƏƏ-nin rəsmi agentliyi “WAM” məlumat yayıb. Bildirilir ki, Birləşmiş Ərəb Əmirliklərinin göndərdiyi yardımın ümumi həcmi 3014 tondur. Məlumatda deyilir ki, yardımlar BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın göstərişi ilə Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə başladılan “Yiğit Süvari 2” əməliyyatı çərçivəsində göndərilib.

Məlumata görə, qida, yardım ləvazimatları və çadır daşıyan təyyarələrdən 65-i Suriyaya, 41-i isə Türkiyəyə göndərilib.

Bahadur Seyidov