Avropa İttifaqından Çinə sərt xəbərdarlıq



 14:49 21.02.2023     322

“Çinin Ukrayna müharibəsi ilə bağlı Rusiyaya silah tədarük etməsi Avropa ittifaqının “qırmızı xətti” olacaq”.

Demedia.az xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell belə deyib. Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı açıqlama verən Borrell Çinin Rusiyaya Ukrayna müharibəsinə görə silah dəstəyi vermək fikrindən narahatlıq ifadə edib. Borrell Çinin ən yüksək səviyyəli diplomatı, Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Xarici Əlaqələr Komissiyasının direktoru Vanq Yi ilə görüşdüyünü deyərək, narahatlığını diplomata çatdırdığını ifadə edib.

“Onlardan bunu etməmələrini xahiş etdim. Bunun təkcə bizim üçün narahatlıq yaratmayacağını, həm də bizim üçün qırmızı xətt olacağını ifadə etdim. O, mənə 'bunu etməyi planlaşdırmadıqlarını' dedi” – Borrell deyib.

Bahadur Seyidov