Moldova hakimiyyəti bəyanatlarına diqqət yetirməlidir - Peskov
“Moldova hakimiyyəti bəyanatlarına diqqət yetirməlidir. Moldova ilə münasibətlərimiz onsuz da son dərəcə gərgindir”.
Demedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov belə deyib. O bildirib ki, Moldova administrasiyası Rusiya əleyhinə əsassız açıqlamalar verib. Peskovun sözlərinə görə, Moldovanın belə mövqeyi ikitərəfli münasibətlərə xələl gətirir. “Moldova administrasiyası Rusiya əleyhinə olan bəyanatlar verir. Onlar anti-Rusiya isteriyasına girirlər” - Peskov deyib.
Qeyd edək ki, Moldova Baş naziri Dorin Reçenin ölkə sərhədləri daxilində yerləşən və müstəqilliyini təktərəfli elan edən Dnestryanı bölgəsinin silahsızlaşdırılmasının vacib olduğu vurğulayıb.
Bahadur Seyidov