Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq etdi



 15:49 21.02.2023     345

Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Demedia.az xəbər verir ki, Məhza Əminin ölümündən sonra başlayan nümayişlərə hüquq-mühafizə orqanlarının müdaxiləsi və nümayişçilərə verilən edam hökmləri səbəbilə İrana qarşı hazırlanan beşinci sanksiya paketi Avropa İttifaqının Xarici İşlər Nazirləri Toplantısında qəbul edilib. Bildirilir ki, sanksiya paketinə aralarında nazirlərin də olduğu İranın 32 vətəndaşı və iki təşkilatı əlavə edilib.

Sanksiyalara onların aktivlərinin dondurulması, Aİ ölkələrinə səfərlərinin qadağan edilməsi, həmin şəxslərin və təşkilatların maliyyələşdirilməsinin qarşısının alınması daxildir. Bununla da, İrana qarşı sanksiya siyahısında olan şəxslərin sayı 196-ya, təşkilatların sayı isə 33-ə yüksəlib.

Bahadur Seyidov