Türkiyədə axtarış-xilasetmə işlərinə qatılan Qırğızıstan xilasediciləri ölkələrinə qayıtdı



 16:12 21.02.2023     320

Kahramanmaraşda baş verən zəlzələlərlə bağlı Türkiyədə axtarış-xilasetmə işlərinə qatılan Qırğızıstan xilasediciləri ölkələrinə qayıdıb.

Demedia.az xəbər verir ki, Qırğızıstanın axtarış-xilasetmə qrupları üçün Manas hava limanında qarşılanma mərasimi təşkil edilib. Mərasimdə Türkiyənin Bişkekdəki səfiri Ahmet Sadık Doğan, Qırğızıstan fövqəladə hallar naziri Boobek Ajikeyev və digərləri iştirak ediblər. Xilasedicilərin həmkarları Qırğızıstan və Türkiyə bayraqları və üzərində “Vətənə xoş gəldin” və “Vətən övladlarına alqışlar” sözləri yazılmış plakatlar açıblar.

Nazirliyin orkestrinin ifası ilə qarşılanan qrupa gül dəstələri təqdim edilib və Qırğızıstanın dövlət himni səsləndirilib.

Bahadur Seyidov