“Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı fəaliyyətsizliyi utancvericidir" - ABŞ



 16:58 21.02.2023     303

“BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı fəaliyyətsizliyi təkcə utancverici deyil, həm də təhlükəlidir”.

Demedia.az xəbər verir ki, ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsi Linda Tomas Qrinfild belə deyib. BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı sessiyasında çıxış edən Qrinfild Şimali Koreyanın ballistik raket sınaqlarını şiddətlə qınayıb. O bildirib ki, BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın şuranın qətnamələrini pozmasına reaksiya verməlidir. BMT Təhlükəsizlik Şurasının üzərinə düşən vəzifəni yerinə yetirə bilmədiyini deyən Qrinfild, bütün Asiya regionunun təhlükə altında olduğu barədə xəbərdarlığını edib.

"Əgər bu iki daimi üzv Şuranın öz mandatını yerinə yetirməsinə mane olmağa davam edərsə, Şimali Koreya silahları inkişaf etdirməyə və sınaqdan keçirməyə davam edəcək. BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı mövqeyi təkcə utancverici deyil, həm də təhlükəlidir", - Qrinfild bildirib.

Bahadur Seyidov