Türkiyədə axtarış işlərinə qatılan kosovolu hərbçilərə medal verildi



 17:12 21.02.2023     315

Kahramanmaraşdakı zəlzələlərlə bağlı Hatayda axtarış işlərinə qatılan Kosovo Təhlükəsizlik Qüvvələri ölkələrinə qayıdıb.

Demedia.az xəbər verir ki, onlar Priştina hava limanında mərasimlə qarşılanıb. Kosovonun Baş naziri Albin Kurti və Türkiyənin Priştina səfiri Sabri Tunç Anqılının qatıldığı mərasimdə axtarış-xilasetmə işlərində iştirak edən 39 əsgərə medallar təqdim edilib. Baş nazir Kurti əsgərlərə göstərdikləri zəhmət və cəsarətə görə təşəkkür etdiyini bildirib. Kosovo və Türkiyə xalqları arasındakı bağın gündən-günə gücləndiyini bildirən Kurti qeyd edib ki, çətin gündə dost Türkiyə xalqının yanında olmaq Kosovonun humanitar borcudur.

Kurti əsgərlərin Türkiyədə olduqları müddətdə onlara göstərilən texniki və logistik yardıma görə Türkiyəyə təşəkkür edib.

Bahadur Seyidov