Zəlzələdən əziyyət çəkənlərə yardım - İbrahim Tatlısəs də dəstək oldu



 19:29 21.02.2023     672

Fevralın 6-da Kahramanmaraşda baş verən iki güclü zəlzələ Türkiyənin Şərqi, Cənub-Şərqi, Aralıq dənizi, İç Anadolu və Qara dəniz bölgələrində silkələnib. Minlərlə insan tələfatı ilə nəticələnən böyük fəlakət hər kəsi hüznə qərq edib.

Demedia.az xəbər verir ki, Türkiyəni sarsıdan zəlzələlərdən sonra vitse-prezident Fuat Oktay “Evim olsun” kampaniyası ilə xeyriyyəçilərin evlərini zəlzələ qurbanlarına pulsuz və ya güzəştli şərtlərlə kirayə verə biləcəklərini bəyan edib.

Oktay açıqlamasında deyib: "Türkiyədə yaşayan və ikinci evi olan və ya xaricdə yaşayan və Türkiyədə ikinci evi olan xeyriyyəçilərimiz, istifadəsiz evlərini və ya bağ evlərini zəlzələ qurbanlarının ailələrinə pulsuz təqdim etmək istəyirlər. Zəlzələ qurbanlarının ailələrinin yaşaya bilmələri üçün evlərini kirayə vermək və ya evimyuvanolsun internet saytından rahatlıqla müraciət edə bilərlər".

İbrahim Tatlısəs də qızı Dilan Çıtak kimi bu zəngdən dərhal sonra hərəkətə keçib. Tatlıses, Evim Sənin Evim kampaniyası üçün Bodrumda 5 mənzil açıb.

İbrahim Tatlısəs qeyd edib: "Evim üçün kampaniyaya qatılın. İndi yaraları sağaltmaq zamanıdır. Bodrumda 5 mənzilimi zəlzələ qurbanlarına açdım. İmkanınız varsa, açın".

Aysun / Demedia.az