Putin daha çox müharibələrə hazırlaşdığını açıq şəkildə göstərdi - Stoltenberq



 17:42 21.02.2023     312

“Rusiya prezidenti Vladimir Putin daha çox müharibələrə hazırlaşdığını açıq şəkildə göstərdi”.

Demedia.az xəbər verir ki, NATO-nun baş katibi Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Avropa İttifaqının ali nümayəndəsi Xosep Borrellə keçirdiyi mətbuat konfransında belə deyib. Rusiyanın təcavüzkar olduğunu və heç kimin Rusiyaya hücum etmədiyini vurğulayan Stoltenberq, Çinin Rusiyaya Ukrayna müharibəsində dəstək verməyi planlaşdırdığını bildirib. NATO-nun baş katibi qeyd edib ki, Ukraynaya vəd edilən silahlar təcili olaraq çatdırılmalıdır.

“Putin bu gün açıq şəkildə bildirdi ki, o, daha çox müharibələrə hazırlaşır. Lakin biz Ukraynanı müharibədə qalib gəlmək üçün lazım olan hər şeylə təmin etməliyik” - Stoltenberq deyib.

Bahadur Seyidov