ABŞ-ın Moskvadakı səfiri Rusiyanın Xarici İşlər Nazirliyinə çağırıldı



 16:17 21.02.2023     304

Rusiya ABŞ-ın Moskvadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Demedia.az xəbər verir ki, bu barədə Tass xəbər agentliyi məlumat verib. Bildirilir ki, Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ı Ukrayna münaqişəsində iştirakını artırmaqda ittiham edib. Nazirlik bildirib ki, ABŞ “Şimal axını” boru kəmərində baş verən partlayışlarla bağlı izahat verməlidir.

Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, ABŞ sözügedən partlayışlarla bağlı istintaqa müdaxilə etməməlidir.

Bahadur Seyidov