Tanınmış sənətçi kövrəldi: Küçədə üşüyənləri düşünüb yata bilmirəm!


Türkiyəli sənətki Pelin Akil Hatayda 6 nəfərin həyatını itirdiyi 6,4 və 5,8 bal gücündə zəlzələlərdən sonra diqqətçəkən paylaşım edib.
Demedia.az xəbər verir ki, zəlzələ qurbanlarının yaşadığı çətinlikləri vurğulayan aktrisa saat 04:25-də kədərini dilə gətirib.
"Bu saatda qəfil yuxudan oyanıb, küçədə soyuqluğu düşünüb yata bilməmək, isti yatağından utanmaq. Hər an eyni vəziyyətdə ola biləcəyimiz hissi... Bilirəm tək deyiləm", - deyə qeyd edib.
Aysun / Demedia.az