Uşaq buz tutan gölə düşdü, son anda... - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR



 22:37 21.02.2023     543

Malatyada oyuncağını almaq istəyərkən buzlu gölməçəyə düşən qız bölgəyə təyin olunmuş dalğıc polisi tərəfindən xilas edilib.

Demedia.az xəbər verir ki, hadisə 2-ci Ordu Kışlası ilə üzbəüz Hürriyyət parkında baş verib. 8 yaşında olduğu öyrənilən naməlum qız oyuncağını almaq istəyərkən buzla örtülmüş gölməçəyə düşüb.

Ərazidə olan polis dalğıcları uşağın suda çətinlik çəkdiyini görəndə o, gölməçəyə girib. Polis uşağı xilas edib.

Zəlzələ qurbanı olduğu öyrənilən və oyuncağını itirən kiçik qıza yardım qutularından çıxan oyuncaq ayı hədiyyə edilib. Xilas edilən uşaq polis əməkdaşı tərəfindən təmiz və quru paltar geyindirildikdən sonra isti ərazidə ailəsinə təhvil verilib.

Aysun / Demedia.az