Çindən Rusiyaya dəstək



 11:27 22.02.2023     349

 “Çinin Rusiya ilə strateji əlaqələri davam etdirmək üçün  lazımi imkanları var”.

Demedia.az xəbər verir ki, Çinin ən yüksək diplomatı, Çin Kommunist Partiyasının Xarici Əlaqələr Komissiyasının direktoru Vanq Yi belə deyib. O Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüş zamanı bildirib ki, Çin sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında ikitərəfli münasibətlər möhkəm strateji münasibətləri davam etdirmək üçün lazımi imkanlara malikdir. Razılaşmalara uyğun ikitərəfli əlaqələri qorumağa hazır olduqlarını ifadə edən Vanq Yi, dünyanın ədalətli inkişafına töhfə verəcəklərini qeyd edib.

"Çin və Rusiya, planetimizdə sülhə cavabdeh olan Təhlükəsizlik Şurasının iki daimi üzvüdür. Ölkələrimiz arasındakı əlaqə böyük əhəmiyyət daşıyır" - Vanq Yi deyib.

Bahadur Seyidov