Türkiyədə axtarış işlərinə dəstək verən kolumbiyalı xilasedicilər ölkəsinə qayıtdı



 14:19 22.02.2023     315

Kahramanmaraşdakı zəlzələlərlə bağlı Türkiyədə axtarış-xilasetmə işlərinə dəstək verən Kolumbiyadan olan xilasedicilər ölkəsinə qayıdıb.

Demedia.az xəbər verir ki, xilasediciləri El Dorado beynəlxalq hava limanında Türkiyənin Boqotadakı səfiri Beste Pehlivan Sun və Milli Fəlakət Risklərinin İdarə Edilməsi bölməsinin nümayəndələri qarşılayıb. Sun Kolumbiyanın axtarış-xilasetmə qrupuna təşəkkür edərək, Kolumbiya xalqının onlarla fəxr etdiyini bildirib.

Səfir, missiyanın həyata keçirilməsində əməyi olan Milli Fəlakət Risklərinin İdarə Edilməsi bölməsinin nümayəndələrinə, Kolumbiyanın Xarici İşlər Nazirliyinə, və Qırmızı Xaç Cəmiyyətinə təşəkkür edib. Milli Fəlakət Risklərinin İdarə Edilməsi bölməsinin direktor müavini Monika Arias Fernandez də Türkiyə ilə həmrəy olduqlarını ifadə edib.

Bahadur Seyidov