Bizim özümüzü nüvə silahı ilə müdafiə etmək hüququmuz var - Medvedev


“ABŞ Rusiyanın məğlubiyyətini istəsə, onda dünya qlobal münaqişənin astanasında olacaq”.
Demedia.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev belə deyib. Rusiyanın Yeni Strateji Silahların Azaldılması Müqaviləsində iştirakını dayandırmasına münasibət bildirən Medvedev bildirib ki, ABŞ Ukraynanı əhəmiyyətli miqdarda silahla təmin edir. Vaşinqton rəhbərliyinin mövqeyinin səhv olduğunu bildirən Medvedevin sözlərinə görə, bu səhv üstünlük və toxunulmazlıq anlayışlarından qaynaqlanır.
“Bütün ağıllı güclər bilir ki, ABŞ Rusiyanı məğlub etmək istəyirsə, demək ki, dünya qlobal münaqişənin astanasındadır. Bizim özümüzü istənilən silahla, o cümlədən nüvə silahı ilə müdafiə etmək hüququmuz var” - Medvedev deyib.
Bahadur Seyidov