Finlandiyadan Türkiyəyə yardımların göndərilməsi davam edir



 15:14 22.02.2023     322

Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar Finlandiyadan Türkiyəyə yardımların göndərilməsi davam edir.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyənin Helsinki səfirliyi açıqlama verib. Bildirilib ki, yardımların göndərilməsi səfirliklə koordinasiya edilir. Məlumata görə, Finlandiyanın Vanta, Pori və Lahti şəhərlərində türk dərnəklərinə məxsus binalar yardım toplama mərkəzi olaraq təyin edilib və zəlzələ qurbanlarının prioritet ehtiyacları ilə bağlı siyahılar açıqlanıb. İndiyədək Türkiyə vətəndaşları tərəfindən 1850 ədyal, 605 yataq çantası, 64 çarpayı, 9 çadır, 75 qızdırıcı, 20 işıqlandırma cihazı, 12 ton geyim, 6 ton gigiyena materialı və 1 ton ərzaq toplanıb. 

Finlandiya hökuməti həmçinin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyası vasitəsilə Türkiyə və Suriyaya ümumilikdə 1 milyon avroluq humanitar yardım edəcəyini açıqlayıb.

Bahadur Seyidov