İran Britaniyanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırdı



 15:01 22.02.2023     305

İran Britaniyanın sanksiyalarına etiraz olaraq Tehranın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

Demedia.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyindən açıqlama verilib. Bildirilib ki, Böyük Britaniya səfirliyinin müvəqqəti işlər vəkili İzabelle Marş İrana qarşı əsassız ittihamların davam etdirilməsinə etiraz olaraq Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirliyin məlumatına görə, Britaniyanın Tehrana qarşı tətbiq etdiyi yeni sanksiyalar “siyasi”dir. Britaniyanın müvəqqəti işlər vəkili Marş bildirib ki, İran öz reaksiyasını Londona çatdıracaq.

Qeyd edək ki, Britaniya İranda "insan hüquqlarının pozulması" səbəbiylə bəzi məhkəmə rəsmiləri, yüksək rütbəli hərbi məmurlar və iki regional qubernatora sanksiya tətbiq edib.

Bahadur Seyidov