Fransadan Rusiyaya çağırış



 16:12 22.02.2023     317

Fransa Rusiyanın Yeni Strateji Silahların Azaldılması Müqaviləsindən (START) çıxmaq qərarından təəssüfləndiyini bildirib.

Demedia.az xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bildirilir ki, Fransa hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin ölkəsinin müqavilədə iştirakını dayandırması qərarından təəssüflənir. Həmçinin, Rusiyanın ABŞ-ın nüvə sınağı keçirəcəyi təqdirdə buna cavab verməyə hazır olduğu barədə bəyanatının da narahatlıq doğurduğu bildirilib.

Bəyanatda qeyd olunub ki, Paris Moskvanı nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınması ilə bağlı 3 yanvar 2022-ci il tarixli bəyannaməsinə əməl etməyə çağırır.

Bahadur Seyidov