Moskvada Lavrov və Vanq Yi arasında görüş olub



 17:25 22.02.2023     307

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çinin ən yüksək vəzifəli diplomatı, Çin Kommunist Partiyasının (ÇKP) Xarici Əlaqələr Mərkəzi Komitəsinin direktoru Vanq Yi arasında görüş olub.

Demedia.az xəbər verir ki, görüş zamanı açıqlama verən Lavrov Rusiya ilə Çin arasında əlaqələrin sabit və dinamik şəkildə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, bu əlaqələr dünya səhnəsindəki "yüksək təlatüm"ə baxmayaraq inkişaf edir. Lavrov qeyd edib ki, Rusiya və Çin beynəlxalq hüquqa və qanunlara hörmət əsasında həmrəylik içində hərəkət edərək bir-birinin maraqlarını müdafiə etməyə hazır olduğunu göstərir. Lavrov Vanq Yini ÇKP Mərkəzi Komitəsinin xarici əlaqələr üzrə direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Vanq isə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparmağa hazır olduğunu bildirib. Vanq Çinin müstəqil xarici siyasət kursunu qətiyyətlə davam etdirəcəyini qeyd edib.

Bahadur Seyidov