Avstraliya donanmasını gücləndirəcək



 17:42 22.02.2023     317

“ABŞ, Böyük Britaniya və Avstraliya arasında imzalanan “AUKUS” müdafiə müqaviləsi Avstraliyanın ən böyük müdafiə həmləsidir”.

Demedia.az xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albanese belə açıqlama verib. O bildirib ki, AUKUS” müdafiə müqaviləsi Avstraliyanın nüvə sualtı qayığına sahib olmasını və nüvə sualtı qayıqlarında istifadə edilən texnologiyanın paylaşılmasını ehtiva edir. Onun sözlərinə görə, müqavilə Avstraliya Kral Donanmasının yenilənməsinə töhfə verməklə yanaşı ABŞ və Britaniyaya da fayda verəcək. Albanese Avstraliyanın müdafiə xərclərinin yaxın illərdə artacağını da bildirib.

Qeyd edək ki, bəzi dairələr Avstraliyanı bu müqaviləyə görə tənqid edib. Müqavilədə ABŞ və Britaniyanın icazəsi olmadan Avtsraliyanın nüvə sualtı qayıqlardan istifadə edə bilməyəcəyinə dair detalların yer aldığı irəli sürülür.

Bahadur Seyidov