Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 2000-dən çox əsir dəyişdirilib



 13:41 23.02.2023     296

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 2000-dən çox əsir dəyişdirilib.

Demedia.az xəbər verir ki, əsirlərin dəyişdirilməsində bir sıra ölkələrin xüsusilə Türkiyənin səyləri olub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu günə qədər Kiyevin əlində olan azı 800 rus əsgəri əsir mübadiləsi nəticəsində azad edilib. Əsir mübadiləsi zamanı çox sayda mülki şəxs də azad edilib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski açıqlamasında məhbus mübadiləsinin davam etdiyini və müharibə başalayandan bəri 1762 ukraynalının ölkələrinə qayıtdığını bildirib.

Bahadur Seyidov