Misir Türkiyəyə 650 ton yardım göndərdi



 14:18 23.02.2023     298

Misir hökuməti Kahramanmaraşdakı zəlzələlərdə zərər çəkənlər üçün Türkiyəyə 650 ton yardım göndərib.

Demedia.az xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisinin təlimatı ilə humanitar yardımlar gəmi ilə Qahirədən Hataya göndərilib. Məlumata görə, 285 çadır, 99 min 300 ədyal, çox sayda çarpayı və elektrik qızdırıcısı, dərman, qida, təmizlik və tibbi ləvazimatlardan ibarət təxminən 650 ton yardım Misir Hərbi Dəniz Qüvvələrinə məxsus "ENS" gəmisi ilə zəlzələ bölgəsinə çatdırılıb.

Misirin Ankara missiyasının rəhbəri və müvəqqəti işlər vəkili Əl Hamami bildirib ki, Misir prezidenti əs-Sisi zəlzələlərdən sonra prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb. O, Misirin bu ağrılı günlərdə Türkiyə ilə həmrəy olduğunu bildirib.

Bahadur Seyidov