Federasiya Şurası silah müqaviləsinin dayandırılmasını təsdiqlədi



 15:02 23.02.2023     297

Rusiya parlamentinin aşağı palatası olan Dumadan sonra yuxarı palatası Federasiya Şurası da Strateji Silahların Azaldılması Müqaviləsinin fəaliyyətinin dayandırılmasını təsdiqləyib.

Demedia.az xəbər verir ki, Rusiya Federasiya Şurası bu barədə növbədənkənar iclas keçirib. İclasda Rusiya ilə ABŞ arasında strateji silahların azaldılmasına dair müqavilənin dayandırılması barədə qərar təsdiqlənib.

Qeyd edək ki, Prezident Vladimir Putin Federasiya Şurasındakı çıxışında müqaviləni dayandıracaqlarını açıqlamışdı. Strateji Silahların Azaldılması Müqaviləsi Rusiya və ABŞ-ın arsenallarındakı uzun mənzilli nüvə başlıqlarının sayını məhdudlaşdırdı. Həmçinin müqavilə mümkün nüvə müharibəsinin qarşısını ala biləcək əsas razılaşmalardan biri kimi qəbul edilirdi.

Bahadur Seyidov