Rusiya dünyanın ən çox sanksiyaya məruz qalan ölkəsi oldu



 15:42 23.02.2023     318

Rusiya dünyanın ən çox sanksiyaya məruz qalan ölkəsi olub.

Demedia.az xəbər verir ki, Rusiya İran, Suriya və Şimali Koreya kimi ölkələri geridə qoyub. Məlumata görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ümumi sayı 14 mini keçib. “Castellum.ai” qlobal sanksiyaların monitorinqinin məlumat bazasının məlumatına görə, təkcə Ukrayna müharibə başlayandan sonra Rusiyaya 11327  sanksiya tətbiq edilib.

Bununla da, Rusiya 4268 sanksiyaya məruz qalan İranı, 2643 sanksiyaya məruz qalan Suriyanı, 2133 sanksiyaya məruz qalan Şimali Koreyanı geridə qoyub. Rusiyaya qarşı ən çox sanksiya tətbiq edən ölkə ABŞ-dır. ABŞ Rusiyaya 1948 sanksiya tətbiq edib.

Bahadur Seyidov