Avropa İttifaqı Komissiyası tiktoku qadağan etdi



 16:23 23.02.2023     327

Avropa İttifaqı (Aİ) Komissiyası işçilərinə şəxsi və korporativ telefonlarında tiktok tətbiqindən istifadəni qadağan edib.

Demedia.az xəbər verir ki, bu barədə Politico məlumat yayıb. Bildirilir ki, Aİ Komissiyası təhlükəsizlik səbəbiylə işçilərindən tiktoku silmələrini tələb edib. Məlumata görə, komissiyanın bütün əməkdaşları işə gələndə tapşırığa əməl edib və artıq onlar tiktokdan istifadə etmirlər. Aİ-nin digər qurumları, Avropa İttifaqı Şurası və Avropa Parlamentinin də yaxın gələcəkdə oxşar addımlar atacağı gözlənilir.

Qeyd edək ki, Çin texnologiya firmasına məxsus tiktok bəzi ölkələrdə dövlət və hökumət işçilərinə qadağan edilib.

Bahadur Seyidov