Meksika Senatı qalmaqallı sənədi təsdiqlədi


Meksikada Senat iqtisadi qənaəti nəzərdə tutan və siyasi imtiyazları azaldacağını iddia edən seçki islahatını təsdiqləyib.
Demedia.az xəbər verir ki, islahatların lehinə 70, əlehinə 50 səs verilib. Prezident Andres Manuel Lopez Obradorun imzasından sonra sənəd qüvvəyə minəcək. Obrador Seçki orqanının yoxlama və sanksiya səlahiyyətlərini məhdudlaşdıran sənədi dəstəklədiyini ifadə edib. İslahatın demokratiyaya xələl gətirəcəyini iddia edən müxalifət isə bu barədə yüksək məhkəməyə şikayət verəcək.
Müxaliflər bir çox şəhərlərdə etiraz aksiyaları keçirməyi planlaşdırırlar.
Bahadur Seyidov