Kosovo prezidenti Türkiyədə axtarış işlərinə qatılan xilasediciləri qəbul etdi



 17:12 23.02.2023     296

Kosovo prezidenti Vjosa Osmani zəlzələdən zərər çəkən Hatayda xilasetmə işlərinə qatılan Kosovo Axtarış və Xilasetmə Dərnəyinin heyətini qəbul edib.

Demedia.az xəbər verir ki, Osmani 6 nəfərlik Kosovo Axtarış və Xilasetmə Dərnəyinin üzvlərinə Türkiyədə humanitar yardım əməliyyatında könüllü iştiraklarına görə təşəkkür edib. Prezident Osmani könüllülərin Kosovo xalqının həmrəyliyini layiqincə təmsil etdiklərini vurğulayaraq, onların töhfəsini yüksək qiymətləndirib.

Qeyd edək ki, Hatayda axtarış başa vuraraq Kosovoya qayıdan Kosovo Axtarış və Xilasetmə Dərnəyinin heyətini Priştina hava limanında Türkiyənin Priştinadakı səfiri Səbri Tunç Anqılı qarşılamışdı. Kosovolu xilasedicilər Hatayda 2 yaşlı qızı və anasını, 45 yaşlı kişini və 13 yaşlı qızı dağıntılar altından xilas ediblər.

Bahadur Seyidov