Misir Rusiyadan 240 min ton buğda aldı



 17:41 23.02.2023     296

Misir ərzaq təhlükəsizliyini təmin etmək üçün Rusiyadan 240 min ton buğda alıb.

Demedia.az xəbər verir ki, bu barədə Misirin Satınalma Malları Baş Assambleyası açıqlama verib. İdarə Heyəti bəyan edib ki, Dünya Bankının maliyyəsi ilə reallaşdırılan idxalın bir tonunun qiyməti 317,5 dollara razılaşdırılıb. Qeyd olunub ki, ödəniş buğda Misir limanlarına gəlib yoxlanıldıqdan sonra ödəniləcək.

Qeyd edək ki, illik buğda ehtiyacının 80 faizini idxal edən Misir dünyada ən çox buğda idxal edən ölkədir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, keçən il 13,3 milyon ton buğda idxal edən Misirin ən böyük tədarükçüsü 8,96 milyon ton ilə Rusiya olub.

Bahadur Seyidov