Orqanlar xəstəlik barədə xəbərdarlıq edir  - Araşdırma



 11:02 24.02.2023     927

Etiraf edin ki, kiçik əlamətlərlə xəstəliyin mövcudluğundan xəbər tutmaq yaxşıdır. Çünki  bu, vaxtında müalicə üçün zəmin yaradır. Güzgüyə baxaraq xəstəliyinizdən xəbərdar ola bilərsinizmi? Bəli, sən demə, bu, mümkün imiş! 

Bu gün sizə sifətinizdəki işarələrdən danışacağam; hansı ki, hər bir işarə bir xəstəliyin əlaməti sayılır. Həmçinin, bu video vasitəsilə siz  həmin xəstəliklərin yaranma səbəbləri və müalicə üsulları haqqında da məlumat alacaqsınız.  

Sifət orqanizmin güzgüsüdür.  Daxili orqanların xəstəlikləri barədə öyrənmək üçün niyə üzə diqqət etməliyik? İndi bu sualın cavabını axtaraq. 

Biz hər gün səhər güzgüyə baxırıq və  ordakı dəyişiklikləri görürük. Bəs nəyə diqqət yetirməliyik? 

Birinci əlamət saçların tökülməsidir. Əgər saçlarınız tökülməyə başlayıbsa, bu, orqanizmin artıq dihidrotestosteron haqda  “danışmasıdır”.  Bunun qarşısını almaq üçün sinklə zəngin qidalar qəbul edilməlidir.  Siyahının başında çay və balqabaq tumu gəlir.  Qaşların tükünün tökülməsi isə  yod çatışmazlığı ilə birbaşa əlaqəli olan hipotireoz xəstəliyinin əlamətidir. 

Gözlərin vəziyyətini də diqqətdə saxlamaq lazımdır. Onların qızarması qaraciyərin xəstəliyinin işarətidir. Gözlərdəki qızartı və diskomfort  o deməkdir ki, insulin müqaviməti və diabetik göstəricilər qeyri-normaldır.  Bu xəstəliklərin əsas səbəbi  həddən artıq miqdarda qəbul edilən karbohidratlardır. 

Katarakta gözün təhlükəli xəstəliyidir. Göz büllurcuğunun görmə qabiliyyətinin zəifləməsinə və korluğa səbəb olur. Göz büllurcuğunun rənginin dəyişməsinin əsas səbəbləri sırasında kimyəvi maddələrə məruz qalma, şəkərli diabet, yüksək karbohidrat qəbulu, yaxud əksinə, karbohidratlardan tamamilə imtina olunan pəhrizlərdir. Xüsusilə, katarakta A vitamini  və antioksidant əksikliyindən qaynaqlanır. İlkin mərhələdə xəstəliklə mübarizə aparmaqda benfotiamin adlanan, yəni, yağda həll olan  B1 vitamini köməyə çatır. 

Əgər gözlərinizin ətrafında qara halqalar yaranrsa, bu, insulin müqavimətinin təsiri ilə meydana çıxan dəridəki piqmentasiya problemlərindən xəbər verir.  Göz altında torbalanmalar, göz qapaqlarındakı şişkinliklər,  həmçinin, sifətdəki şişkinliklər də  insulin müqavimətindəki göstərici dəyişikliyindən danışır.  Orqanizmdə şəkərin düzgün mənimsənilməməsi, yaxud böyrək problemləri də eyni əlamətlərlə özünü biruzə verə bilir. Çünki hər iki halda da orqanizmin maye balansı pozulur ki, bu da nəticədə göz altındakı torbalanmalara səbəb olur. Bəs, bu problemlə necə mübarizə aparmaq olar?  
    Rasionda karbohidratların qəbulunu azaldın. “Fasiləli aclıq” tətbiq edin ki, orqanizm artıq yüklənmələrdən xilas olsun. 
    Hamının bir nəfər kimi, diqqət etməli  olduğu əlamətlər sızanaqlar, qara nöqtələr və tez yağlanan dəridir.  Qara nöqtələr D vitamini çatışmazlığının işarətidir.  Onlardan yaxa qurtarmaq üçün tez-tez günəşin altında olmaq və ya qida əlavəsi kimi D vitamini qəbul etmək lazımdır. Dərinin tez-tez yağlanması androgenlərin miqdarının artmasındandır.  Miqdarı artan androgenlər  yağ vəzilərini aktivləşməyə məcbur edir.  Bu problemdən yaxa qurtarmaq üçün kişilər  sink qəbul etməli,  qadınlarsa yumurtalıqları qidalandıran vitaminlərin miqdarını diqqətdə saxlamalıdırlar.  Çünki bu dəri problemi yumurtalıq polikistozunun bir əlaməti kimi də meydana çıxa bilir.  Qeyd edim ki, qadınlarda üz tüklənməsi də  androgenlərin çoxluğundan qaynaqlanır. Buna da xüsusi nəzarət eləmək mütləqdir.     Sızanaqlar sink çatışmazlığı zamanı karbohidratların  mənimsənilməsindəki problemlərdən dolayı meydana çıxır. 
    Xüsusilə, soyuq aylarda ağızın kənarlarında gözə dəyən çatlar B2 vitamini çatışmazlığından xəbər verir.  Bu vitaminin əksikliyi dabanda çatlar da yaranmasına səbəb olur.  Bəs, B2 vitamini əksikliyini nə yaradır? Ağ un... Bəli, yüksək miqdarda qəbul edilən ağ unun emalı üçün orqanizm olduqca bol vitamin sərf edir.  
    Qırmızı yanaqlar, yaxud terminoloji adıyla Kuşinq sindromu  yüksək miqdarda kortizol qəbulunun nəticəsi kimi meydana çıxır.   Simptomların azalması üçün mikrofloranı balanslaşdırmağa yönəlik antibiotiklər içilməlidir. Burda da sizin  seçim şansınız var: ya aptekə getməlisiniz, ya da elə mətbəxdəki sehirli vasitəyə üz tutmalısınız. Haqqında danışdığım sehirli vasitə ən təbii antibiotik, yəni, sarımsaqdır.  Əgər sarımsağın dadından və qoxusundan narahat olursunuzsa, kəklikotu, adaçayı, adi qaraqınıq da təbii antibiotik kimi köməyinizə çatacaq.  Onlarla yanaşı, probiotik və pribiotik olan qidaya da üz tutsanız, yaxşı olar. Söhbət kələm turşusundan gedir. 
    Dəridəki boz, yaxud qəhvəyi ləkələr melazmaya işarədir.  Yaxud estrogen səviyyəsinin yüksəlməsini göstərir. Buna səbəb hormonlar, kontraseptivlər, yəni, hamiləlik əleyhinə  həblər,  yaxud ətraf mühitdən orqanizmimizə daxil olan plastiklərdir.  Problemin həlli nədədir? İlk növbədə, xaççiçəkli bitkiləri rasiona daxil etmək lazımdır. Bura kələmin və turpun bütün növləri, həmçinin, yodla zəngin olan dəniz kələmi daxildir.  
    Siz Omega-3 və Omega-6 yağ turşularının faydaları haqqında nə bilirsiniz? Bildiklərinizi rəylərdə yazın. Mənsə qeyd etmək istəyirəm ki, ideal orqanizm məhz bu iki yağ turşusunun normal, balanslı səviyyələrindən asılıdır.  Əgər orqanizmdə Omega-6 çox, Omega-3 azdırsa, onda burun ətrafında və qulaq ətrafında dəri soyulmağa başlayır.  Yağ turşularının balansını qorumağın ən təbii üsulu yağlı balıqları rasiona daxil etməkdir.  Bundan əlavə, qızardılmış yeməklərdən imtina etmək lazımdır ki, Omega-6 yağ turşusunun səviyyəsi aşağı düşsün. Əgər problem zamanında həll olunmasa, getdikcə dəridə quruluq yaranacaq, hətta xroniki dermatitə çevriləcək. 

Dodaqların ətrafında tez-tez gözə dəyən herpes yaraları immunitetin aşağı düşməsindən xəbər verir. Bu zaman immunitetin herpeslə savaşdan qalib çıxmağı naminə sarımsaq və sinklə zəngin qidalara üstünlük vermək lazımdır. 

Gördüyünüz kimi, güzgüdə  sifəti diqqətlə süzmək bir çox ciddi xəstəliyin mövcudluğundan xəbər tutmaq deməkdir.  Bunların da çoxunun səbəbi  orqanizm tərəfindən karbohidratların mənimsənilməsində yaranan problemlər, dolayısı ilə, karbohidrat əsaslı rasiondur. 

Bəs, heç üzünüzdəki hansısa əlamətə görə,  xəstəliyiniz haqda şübhələndiyiniz olubmu?  Rəylərdə bu barədə yaza bilərsiniz. 

Bahadur Seyidov / Demedia.az