Yaponiya Türkiyəyə əlavə yardımlar edəcək



 15:14 24.02.2023     332

Yaponiya hökuməti güclü zəlzələlərdən zərər çəkən Türkiyə və Suriyaya 27 milyon dollarlıq təcili humanitar yardım göstərəcəyini açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hirokazu Matsuno açıqlama verib. O bildirib ki, yardımın 16 milyon dolları beynəlxalq təşkilatlar vasitəsilə veriləcək. Yardımlar Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərin sığınacaq, qida və digər gündəlik ehtiyaclarının təmin edilməsi üçün səfərbər ediləcək.

O həmçinin qeyd edib ki, zəlzələdən zərər çəkmiş ərazilərin bərpası üçün Yaponiya Türkiyə və Suriyaya dəstəyini davam etdirəcək.

Bahadur Seyidov