Şimali Koreya 4 strateji qanadlı raketi sınaqdan keçirdi



 15:48 24.02.2023     320

Şimali Koreya 4 strateji qanadlı raketi sınaqdan keçirdiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyi olan KCNA məlumat yayıb. Bildirilir ki, sınaqlar təlim zamanı keçirilib. Atış təlimi zamanı Şimali Koreya Yapon dənizi istiqamətində 4 “Hvasal-2” strateji qanadlı raketi atıb. Raketlər əvvəlcədən nəzərdə tutulmuş hədəfi vurub.

Məlumatda qeyd edilir ki, təlimlər silah sisteminin etibarlılığını bir daha təsdiqləyib.

Bahadur Seyidov