Rusiya-Ukrayna müharibəsində heç kim qalib gələ bilməz - Orban



 16:15 24.02.2023     327

“Rusiya-Ukrayna müharibəsində heç kim qalib gələ bilməz, ona görə də atəşkəsin elan olunmasına və ondan sonra sülh danışıqlarının mümkün qədər tez başlamasına ehtiyac var”.

Demedia.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban belə açıqlama verib. O bildirib ki, Rusiya müharibədə qalib gələ bilməz. Baş nazirin sözlərinə görə, Qərb Ukrayna üçün o qədər çox silah və pul səfərbər edir ki, belə bir gücə qarşı açıq hərbi qarşıdurmada qalib gəlmək mümkün deyil. Hökumət başçısı həmçinin qeyd edib ki, nüvə dövləti olan Rusiyanın məğlub ola biləcəyini düşünənlər yanılırlar.

Orban Ukrayna ərazisinə sülhməramlı qüvvələrin göndərilməsi təklifinin tezliklə gündəmə gələ biləcəyini deyib.

Bahadur Seyidov