Avstraliya kəşfiyyatı özünü rus diplomatları kimi təqdim edən cəsus şəbəkəsini ifşa etdi



 16:52 24.02.2023     297

Avstraliya kəşfiyyatı özünü rus diplomatları kimi təqdim edən cəsus şəbəkəsini ifşa edib.

Demedia.az xəbər verir ki, bu barədə “The Sydney Morning Herald” qəzeti kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, cəsuslar saxta sənədlərdən istifadə edərək özlərini səfirlik və konsulluq işçiləri kimi təqdim ediblər. Məlumata görə, cəsusluq etdikləri aşkarlanan və özlərini rus diplomatı kimi təqdim edən şəxslərin vizaları ləğv edilərək ölkədən qovulub. Avstraliya Təhlükəsizlik Kəşfiyyat Agentliyinin Təhlükəsizlik Baş katibi Mike Burgess də agentliyin illik hesabatında cəsus şəbəkəsi ifşa etdiklərini açıqlayıb.

"Bu agentlər daha geniş şəbəkənin bir hissəsidir. Zərərli fəaliyyətləri ilə yanaşı, həssas məlumatları da oğurlamaq istəyirdilər", - Burgess hesabatda bildirib.

Bahadur Seyidov